Müxalifət Cümhuriyyətin 100 illiyini birgə qeyd etdi- (Video/Fotolar)

 

Bu gün, mayın 27-də Bakıdakı Səttar Bəhlulzadə adına mədəniyyət sarayında Azərbayca Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bayram toplantısı keçirilib.

 

Müsavat Partiyasının təşkilatçılığı ilə baş tutan toplantıda partiya sədrləri, istiqlalçı millət vəkilləri, tanınmış ziyalılar və media təmsilçiləri, müxalifət fəalları iştirak ediblər.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Milli Şuranın sədriCəmil Həsənli, KXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP sədri Əli Kərimli, Real partiyasının təmsilçisi Natiq Cəfərli, VHP sədri Sabir Rüstəmxanlı, Nida Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü Rəhman Məmmədli, keçmiş baş nazir Pənah Hüseyn, istiqlalçı millət vəkilləri İsgəndər Həmidov və Hacıbaba Əzimov, Məhəmmədəmin Rəsulzadə irsinin araşdırıcıları Yasəmən QaraqoyunluAydın ƏlizadəNəcibə Bağırzadəvə digərləri çıxış ediblər.

Çıxışlarda Məhəməmədəmin Rəsulzadə və onun silahdaşlarının xalq qarşısında xidmətlərinin əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətin şərəfli tarixi və indiki iqtidarın buna qısqanc münasibəti, ölkədə cümhuriyyət dəyərlərinin tapdalanması, demokratik düşərgənin Cümhuriyətin 100 illiyi münasibəti ilə gördüyü işlər və düşərgənin qarşısında duran vəzifələrdən bəhs edilib.

(bastainfo.com)

 

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300