Neftçala rayon Uşaq İncəsənət və Musiqi məktəbinin direktoru məktəbdə bazar açıb?

 

Haqqınaz.org – nun poçtuna Neftçala təhsili ilə bağlı şikayət daxil olub. Şikayətçi məktubunda yazır:
Neftçala rayon Uşaq İncəsənət və Musiqi məktəbinin müəllimlərindən pul yığılır. Məktəbdə işləyən müəllimlərdən fevral, mart, aprel ayının əmək haqqlarının artımını direktor İlqar Rəhimli kartlarından tutub. Pulların hansı səbəbdən tutulduğu soruşan müəllimlərə direktor bildirib ki, pulları Biləsuvar regional mədəniyyət və turizm şöbəsinin müdiri Elçin Hüseynova göndərirəm.

Adı çəkilən məktəbdə çalışan müəllim deyir ki, bu gün məktəb direktoru onlara deyib ki, bundan sonra hər ay maaşlarından rəsmi 15-20 manat tutulacaq. Səbəbini soruşan müəllimlərə direktor bildirib ki, bunuda Elçin müəllim mənə tapşırıb. Gedin dərdinizi kimə istəyirsiniz deyin. ”Müəllimlərə deyilib ki, ya özləri bu məbləği versinlər, ya da maaşlarından tutulacaq.

Bundan əlavə direktor məktəbdə bazar açıb. Məktəbə qəbul olunmaq istəyən, şagirdlərin valideynlərindən 50 manat pul tələb edir.Əldə etdiyimiz məlumata görə, valideyinlərdən bəziləri hüquq mühafizə orqanlarına müraciət edib, amma nəticəsi olmayıb.
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300