Tramp: "Şimali Koreya yüksək iqtisadi potensiala malikdir”

 

Şimali Koreya yüksək iqtisadi potensiala malikdir.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter” hesabında yazıb.

 

"Kim Çen Inla görüşümüzlə bağlı komandamız Şimali Koreyaya səfər edib. Əminəm ki, KXDR qüdrətli ölkəyə çevrilmək üçün yüksək iqtisadi potensiala malikdir. Kim Çen In mənimlə razıdır. Belə də olacaq”, Tramp yazıb.

 

Qeyd edək ki, bu gün KXDR-lə Cənubi Koreya arasında yerləşən Pxanmuncom sərhəd məntəqəsində ABŞ və KXDR rəsmiləri arasında görüş keçirilib. ABŞ Dövlət Departamentinin sözçüsü Xezer Nauertin sözlərinə görə, hazırda prezident Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüşə hazırlıq işləri davam etdirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300