İranla İsrail arasında şok razılaşma - MOSSAD-la gizli görüşün detalları

 

  İordaniyanın paytaxtı Əmmanda İran və israilli rəsmilər arasında gizli görüş keçirilib.

Publika.az xəbər verir ki, bu iddia ilə Səudiyyə Ərəbistanının Londonda dərc olunan "İlaf” qəzeti çıxış edib.

Nəşrin yazdığına görə, gizli görüşdə aralarında İranın İordaniyadakı səfirinin olduğu iranlı təhlükəsizlik səlahiyyətliləri və İsrailin kəşfiyyat qurumu MOSSAD-ın başçısının müavini də daxil olmaqla israilli səlahiyyətlilər iştirak ediblər. Bir oteldə keçirilən görüşdə Suriyanın cənubi-qərbində, xüsusilə Dera və Əl-Kuneytara şəhərlərində baş verməsi gözlənilən qarşıdurmalar müzakirə olunub.

İddiaya görə, İran gücləri, həmçinin "Hizbullah” qruplaşması və digər şiə güclərinin Suriyanın cənub-qərbində Bəşər Əsəd qüvvələri ilə müxalifət arasındakı qarşıdurmalara qatılmaması mövzusunda razılaşma əldə olunub.

İranlı rəsmilər İran və "Hizbullah”ın Qolan təpələri və İsrail-İordaniya sərhədinə yaxın bölgədə gözlənilən qarşıdurmalara qatılmayacağı halda, özlərinin də müdaxilə etməyəcəklərini bildiriblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300