Ərdoğan: "TANAP tarixi layihədir"
"TANAP tarixi layihədir, əməkdaşlığımız bu layihənin tamamlanmasında böyük rol oynayıb".
APA-nın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğanın Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə göndərdiyi təbrikdə
bildirilib.
Türkiyə prezidenti bu gün TANAP-a ilk qazın vurulmasına başlandığını qeyd edib:
"İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı tədbir
keçiriləcək. Cənub Qaz Dəhlizinin digər elementlərinin də uğurla istifadəyə
veriləcəyinə inanıram".