Bakıda müəllimlərin rüsvayçı nəticələri -Şok

 

Müəllimlərin diaqnostik imtahanında iki müəllim qulaqcıqdan istifadə etməklə telefonla danışaraq, sualları cavablandırmağa cəhd edib.

 

Axar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 29 mayda keçirdiyi orta məktəbdə çalışan müəllimlərin diaqnostik imtahanının nəticələrindən bəhs edən təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, başqa bir gənc xanım isə öz anasının əvəzinə imtahana girməyə cəhd göstərib:

"29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib. 2 müəllim qulaqcıqdan istifadə etməklə qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub. Onlar Bakı şəhərində yerləşən eyni məktəbin müəllimləridir. Bundan əlavə, bir gənc xanım öz anasının əvəzinə imtahana girməyə cəhd edib. Səbəbini soruşduqda isə anasının gələ bilmədiyini deyib, onun yerinə "səlahiyyətli nümayəndə” kimi imtahana qatılmaq istədiyini bildirib. Təbii ki, həmin gənc xanımın "səlahiyyətli nümayəndə” qismində imtahanda iştirakına icazə verilməyib”.

Ekspert onu da qeyd edib ki, 20 min müəllim içərisində cəmi 1 müəllim maksimum nəticəni - 60 balı toplaya bilib:

"29 mayda keçirilən imtahanlar zamanı qeydə alınan ən aşağı nəticə 2 bal olub. 55 nəfər 10 baldan aşağı nəticə göstərib. İmtahan zamanı iştirakçıların öz aralarında söhbət etməsi, nəzarətçiləri təhqir etməsi, onlara rüşvət təklif etməsi hallarına tez-tez rast gəlinib. Bu onu göstərir ki, təhsil sistemində təsadüfi şəxslər hələ də orta məktəblərdə çalışır. Onlar müəllimdir, hər addımında nümunə olmalı olan şəxslər, çalışıb qənaətbəxş nəticə əldə etmək yerinə, 17 yaşlı abituriyent kimi qaydaları pozmaqla, hansısa formada və yolla nəyəsə nail olmaq istəyirlər.

Biz təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərəmi etibar edirik, ümid edirik?”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300