Goranboyda güclü külək bir neçə kəndi işıqsız qoyub
Goranboy rayonunda güclü külək fəsadlar törədib.
"Report"un Qərb bürosunun məlumatına görə, əsən güclü külək rayonun Boluslu, Eyvazlılar, Zeynallı, Nərimanlı və daha bir neçə kəndini işıqsız qoyub.
Yaranmış problemlərin aradan qaldırılması üçün lazımlı işlərin görüldüyü bildirilir.
Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir.