Hansı şəhid ailələri 11 min manat ala biləcək? -Nazirlik

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinin icraçısı Pərviz Cəfərli 19 aprel tarixində şəhid ailələrinə 11 min manat pul verilməsini təmin edən prezident fərmanı ilə bağlı bəzi məqamları Axar.az oxucularına aydınlaşdırıb.

- Prezidentin imzaladığı fərmanla bağlı nazirlikdə yaradılmış xüsusi komissiya işini yekunlaşdırıb?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiya tərəfindən müvafiq işlər hələ davam etdirilir. Ancaq Komissiya Fərmanda nəzərdə tutulan şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsini artıq hazırlayıb.

- Şəhid ailələri onlar üçün nəzərdə tutulmuş vəsaiti hansı formada ala biləcəklər?


- Qaydalar birdəfəlik ödəmələrin verilməsi prosesinin elektron qaydada və tam şəffaf şəkildə həyata keçirilməsinə imkan verəcək.

- Başçısı şəhid olan ailənin övladlarından biri 2-ci qrup əlildir. Belə halda birdəfəlik ödəniş şəhidin həyat yoldaşı, övladlarına veriləcək, yoxsa şəhidin valideynlərinə?

- İlk növbədə bildiririk ki, ailədə əlil şəxsin olub-olmamasının birdəflik ödəmələrin verilməsi məsələsinə heç bir təsiri yoxdur.

- Bəs vəsait hansı qaydaya əsasən və konkret olaraq ailə üzvləri dedikdə kimlərə veriləcək?

- Birdəfəlik ödəmələr şəhid hərbi qulluqçunun vərəsələrinə onların notarial qaydada təsdiq edilmiş vərəsəlik hüququnu təsdiq edən sənəd əsasında veriləcək.

- Həmin pulu ala bilmək üçün konkret hansı sənədlər tələb edilir ?

- Birdəfəlik ödəmə şəhid hərbi qulluqçuların vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir:

* hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;

* hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı;

* birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd;

* birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış.

- Fərmandan sonra əksər şəhid ailələri birdəfəlik ödəniş alacaqlarını hesab edirlər. Bəs konkret olaraq hansı şəhid ailələrinə şamil edilir bu fərman?

- Bir daha aydınlıq üçün deyək ki, birdəfəlik ödəmələr ancaq 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələri üçün nəzərdə tutulub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300