Nazarbayev ömrünün sonunadək bu vəzifədə qalacaq -Qanun qəbul edildi
Qazaxıstan Senatında "Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası haqqında” qanunu qəbul edib.
Trend-in məlumatına görə, yeni qanuna əsasən, ölkənin
hazırkı prezidenti Nursultan Nazarbayev tutduğu vəzifədən asılı olmayaraq
ömrünün sonunadək Təhlükəsizlik Şurasının sədri kimi təsdiq olunur.
Qeyd edək ki, Qazaxıstan Təhlükəsizlik Şurası 1991-ci ildə yaradılıb və 11 nəfərdən
ibarətdir.