Nikaraquada etirazlar zamanı 11 nəfər həlak olub, təxminən 80 nəfər yaralanıb
Nikaraquada etirazçı kütləyə edilən hücum nəticəsində gün ərzində ən azı 11 nəfər ölüb, 79 nəfər yaralanıb.
Trend-in məlumatına görə, ölkənin insan haqları mərkəzi bu barədə xəbər yayıb.
Qeyd edək ki, Nikaraquada Daniel Orteqa hökumətinə qarşı etiraz aksiyaları keçirilir.