Həkimlərdən XƏBƏRDARLIQ-Enerji içkiləri təhlükəlidir – VİDEO

 

Son illər həyatımıza sürətlə daxil olan enerji içkiləri, artıq gündəlik təlabatımızın bir hissəsinə çevrilib. Qida rasiyonumuz üçün vacib ərzaqların bir çoxunu üstələyən bu içkilərə meyillilk durmadan artır. Həkimlər isə, xəbərdarlıq edir: bu kimi içkilərdən mütəmadi istifadə düzgün deyil.

Məsələ ilə bağlı ARB TV-nin "Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.

Azər Maqsudov (Baş toksikoloq):"Əsasən energetik içkilərin bir hissəsi vitamin maddələrinin qarışığıdır”.

Bir çox hallarda enerji içkilərini xüsusi dad üçün spirtli içki ilə də qəbul edirlər. Son zamanlar isə, təlabat nəzərə alınaraq, bu içkilərin alokoqol qarışıqları da piştaxtalara yol açıb. Ölkənin baş toksikoloqu bunun yolerilməz olduğunu deyir.

Azər Maqsudov (Baş toksikoloq):"Bədəndə maddə mübadiləsi pozulur. Həm mədə-bağırsaq, həm ürək-damar, həm də ağciyər tərəfdən fəsad verə bilər”.

Psixoloqlar isə bu içkilərə meyilliyin insanlarda şüuraltı formalaşdığını deyirlər.

Vəfa Əkbər (Psixoloq):"İnsanlar özünü inandırır, nələrisə özünə tablo seçir. O gərginlikdən azad olmaq istəyəndə, həmin içkidən tapır”.

Azərbaycan bazarında 20-dən çox məhsul var. 3 brend ümumi bazarın 80-85 faizinə nazərət edir. Gündəlik satış isə 100 min ədəddir.

Hazırda dünyanın bir çox ölkəsində enerji içkiləri yalnız apteklərdə satılır. Rusiyada isə, tərkibində 8 faizə qədər alkoqol olan enerji içkilərinin satışına qadağa qoyulub. Ekperlər Azərbaycanda da bu içkilərlə bağlı xüsusi mexanizmin hazırlanmasının zəruri olduğunu deyirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300