"Ağ ölüm”dən xilas olmağın yolları: 3 həftəlik qida proqram - FOTOLAR

 

Şəkərli qidaların həddindən artıq istifadəsi asılılığa səbəb olur. Təbii ki, sağlamlığımız üçün çox zərərli olan şəkər asılılığından xilas olmağın yolları var.

"Şəkər istifadəsini necə azalda bilərik”, "Şəkər asılılığından xilas olmaq üçün hansı yollar var” və s. bu kimi suallar insanları hər zaman maraqlandırır.

Nə qədər çox şəkər yeyərsəniz, bir o qədər çox istəyəcəksiniz. Ona görə də şəkər qəbulunu azaltmaq sağlamlığınız üçün önəmlidir. Əslində əlavə şəkər qəbuluna ehtiyac da yoxdur. İnsan bədəni lazım olan şəkəri meyvə və quru paxlalılardan təmin edə bilir.

Musavat.comsizlərə şəkər asılılığından qurtulmağın yollarını təqdim edəcək.

3 Həftə ərzində şəkərdən necə xilas ola bilərik?

Картинки по запросу à žÉ™kər
1-ci həftə: Özünüzü hazırlayın və şəkərin yerini sağlam alternativlərlə doldurun…

Şəkərsiz yaşam tərzinin ilk həftəsində özünüzü psixoloji olaraq hazırlayın. Paketlənmiş qidalar aldıqda üzərindəki tərkib hissəsini yaxşıca oxuyun. Şəkər barədə məlumat daha öncə heç eşitmədiyiniz bir ad altında yazılmış ola bilər. Ona görə də internetdə şəkərin fərqli adlarını öyrənin. İlk həftənin hər günü bir və ya iki dəfə yemək qaşığı ilə bal yeməyə çalışın. Bu mərhələdə sağlam və lifli təbii şəkər mənbəyi olan meyvələr yeyin.

Картинки по запросу à žÉ™kər

 

2-ci həftə: Şəkər yerinə qəbul etdiyiniz qidaları azaldın…

İkinci həftədə hər gün şəkər əvəzinə yediyiniz bal və s. bu kimi alternativləri yeməyin. İnsanlar şəkər qəbulunu böyük ölçüdə azaltdıqda onların enerjilərində də bu, özünün ciddi təsirini göstərir. İkinci həftədə bol-bol su içib, uzun müddət ərzində dincəlməyə çalışın. Enerjinizi təmin etmək üçün isə şəkər yerinə zülal tərkibli qidalar qəbul edin.

Картинки по запросу à Ÿekere son

 

3-cü həftə: Şəkəri həyatınızdan tamamilə çıxarın...

Üçüncü həftəyə gəldikdə isə şəkərdən istifadəni tamamilə tərgitməyiniz daha asan olacaq. Gündəlik qəbul etdiyiniz şirin qidaları sıfıra endirməyə çalışın. Gün ərzində 1-3 ədəd meyvə qəbul etməyi unutmayın.

Əgər enerjinizin azaldığını hiss etsəniz, templi bir gəzintiyə çıxın. Təbiniz çəkdiyi zamanda təmiz tərkibli şirin qidaları yeməkdən çəkinməyin. Lakin bunun həyatınızın bir parçasına çevrilməsinə də imkan verməyin.

Turan Oruc, musavat.com

 

Картинки по запросу à Ÿeker

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300