Tehranda türk naşir saxlanıldı 

Tehranda türk kitablarını çap edən "Əndişey-i Nov” nəşriyyatının müdiri Yusif Fərzanə saxlanılıb.

Teleqraf.com Güney Azərbaycana bağlı saytlara istinadən xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı fəal İnsafəli Hidayət məlumat verib.

O qeyd edib ki, Y.Fərzanə hazırda Evin zindanındadır:

"Ona bildirilib ki, kitabların müsadirə edilməsi, dindirilməsi, verilən suallar və ittihamlarla bağlı kütləvi informasiya vasitələrinə məlumat verilməməlidir. Evin zindanının müstəntiqləri nəşriyyatın müdirinə tapşırıb ki, türk dilində olan 800-dən çox kitab, əlyazmalar, sənəd və kompüter sərt disklərinin götürülməsi və müsadirə edilməsi haqda heç yerdə danışmasın. Əks halda ona qarşı tədbir görüləcək”.

Qeyd edək ki, "Əndişey-i Nov” nəşriyyatı Tehranda keçirilən əksər kitab sərgilərinə qatılır. Nəşriyyat XXXI Tehran Beynəlxalq Kitab Sərgisində də aktiv iştirak edib. Bu il Tehranda keçirilən kitab sərgisində bir qrup paniranist türk dilində kitab sərgiləyən pavilyonlara hücum edib, hücuma məruz qalan pavilyonlar arasında "Əndişey-i Nov” nəşriyyatının da adı çəkilir.

Məlumata görə, hücumçular arasında dövlət rəsmiləri də olub, onlar bütün qanunları ayaqlar altına alaraq irqçi mövqe sərgiləyib, türk dili və ədəbiyyatına olan nifrətlərini bir daha nümayiş etdiriblər.

Paniranistlər təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə hücuma son versələr də, dövlət məmurları "Əndişey-i Nov” və digər türk nəşriyyatlarının çox sayda kitabını götürüb və həmin nəşriyyatların müdirlərinin yaşadıqları ünvanları qeyd ediblər.

Qeyd edək ki, "Əndişey-i Nov” nəşriyyatına İslami İrşad və Mədəniyyət Nazirliyindən lisenziya verilib, o qanuni şəkildə fəaliyyət göstərir. Nəşriyyatın müdiri Y.Fərzanə isə 40 ildir ki, bu işlə məşğuldur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300