Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb

 

Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb.

"APA-Economics"in sorğusuna cavab olaraq bu barədə "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, "Azərenerji” və "TAVANİR” şirkəti arasında imzalanan müqaviləyə əsasən bu gün saat 11:00 radələrindən "Azərenerji” ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 MVt olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.

Qeyd edək ki, bu ilin aprelində "Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti "TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və "TAVANİR” şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb.

Y.Babanlı Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün növbəti üçtərəfli görüşün tarixini də açıqlayıb. "Azərenerji" rəsmisi qeyd edib ki, aprelin 26-da Bakıda baş tutan görüşdə əldə edilən razılığa görə iyun ayın sonunadək Moskva şəhərində üç ölkənin İşçi Qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulub.

Bolqarıstana elektrik enerjisi satılması ilə bağlı danışıqlara gəlincə, Y.Babanlı bildirib ki, bununla əlaqədar "Azərenerji" tərəflər arasında danışıqları davam etdirmək qənaətindədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300