Yağışlar taxıl biçininə əngəl yaradır

 

Kənd Təsərrüfatı Nazirliyi biçinə necə hazırlaşıb?

Azərbaycanda taxıl biçini başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeni Müsavat”a verilən məlumata görə, biçin Aran rayonlarında və arpa zəmilərində start götürüb.

Nazirlikdən bildirildiyinə görə, havaların qeyri-sabit, yağıntılı keçməsi səbəbindən bəzi rayonlarda biçin fasilələrlə aparılır: "Rayon kənd təsərrüfatı idarələrindən daxil olmuş gündəlik operativ məlumatlara əsasən, 03 iyun tarixinə 27 rayon üzrə 40.9 min hektar arpa sahəsi biçilib, hektardan 22.4 sentner olmaqla 91.5 min ton məhsul yığılıb. Biçin işlərinə 553 kombayn cəlb edilib”.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, respublika üzrə 2017-ci ilin payızında cari ilin məhsulu üçün 991.2 min hektarda dən üçün payızlıq bitkilər əkilib. Bunun 666.1 min hektarını buğda, 324.8 min hektarını arpa təşkil edir. Bundan əlavə 1.7 min hektarda yazlıq buğda əkilib.

KTN-dən aldığımız məlumatda o da bildirilir ki, 17.05.2018-ci il tarixə ölkədə 2271 ədəd taxılyığan kombayn mövcuddur. Onlardan 632 ədədi "Aqrolizinq” ASC-nin yerli strukturlarının istifadəsinə verilib. 865 ədəd isə vətəndaşlara lizin yolu ilə satılıb. Digər hüquqi və fiziki şəxslərdə olan taxılyığan kombaynların sayı isə 774 ədəddir.

Nazirlikdən deyirlər ki, taxıl biçinini mütəşəkkil keçirmək məqsədilə səhmdar cəmiyyətdə qərargah yaradılıb:"Biçin müddətində ən çox taxıl əkilmiş rayonlar müəyyən edilib. Ötən illərdə taxılın biçilməsi ilə bağlı vətəndaşlardan daxil olan müraciətlərin təhlili əsasında gərgin dövrlərdə kombayna yaranacaq tələbatı təmin etmək üçün kombaynlardan ibarət 4 rayonda: Kürdəmir, Sabirabad, Ağcabədi və Şəki rayonlarında fəaliyyət göstərəcək operativ qruplar yaradılıb. Mövsüm müddətində kombaynlarda baş verəcək qırılmaları, xarabolmaları operativ olaraq aradan qaldırmaq və bərpa etmək üçün səhmdar cəmiyyətin təchizat bazalarında olan ehtiyat hissələrindən fermerlərin, sahibkarların, mexanizatorların səmərəli faydalanması, nasazlıqların tez aradan qaldırılması üçün ehtiyat hissələrinin onlara daha yaxın rayonlarda yerləşdirilməsi həll edilib. ASC-nin respublika üzrə 9 rayonda yerləşən regional nümayəndəliklərində ehtiyat hissə satışı təşkil edilib. Cari ildə ölkəyə Almaniyada, Finlandiyada və ABŞ-da istehsal edilmiş yeni taxılyığan kombaynlar gətirilib. Səhmdar cəmiyyətin yerli strukturlarında İstehsalçı şirkətlərin mütəxəssislərinin iştirakı ilə 200 nəfərdən çox mexanizatora təlimlər təşkil edilib və müvafiq sertifikatlarla təmin olunub”.

DÜNYA, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300