Azərbaycan üçün növbəti sel TƏHLÜKƏSİ

 

Yaxın günlər ərzində gözlənilən leysan yağışlarla əlaqədar ölkənin bəzi dağ çaylarından yenidən selin keçəcəyi gözlənilir.

 

Uluyol.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

 

A.Verdiyevin sözlərinə görə, iyunun 7-si gündüzdən iyunun 11-dək ölkədə qeyri-sabit hava şəraiti müşahidə ediləcək. Bununla əlaqədar ölkənin əksər çaylarında sululuğun artımı, dağ çaylarından, xüsusilə Böyük və Kiçik Qafqazda çaylardan qısamüddətli selin keçəcəyi gözlənilir.

 

O, qeyd edib ki, əsasən, Balakən, Şəki, Oğuz, Qəbələ və İsmayıllının bəzi çaylarından qısamüddətli sel keçəcək. Bir necə gün əvvəl selin keçdiyi Göyçay çayında da yenidən qısamüddətli selin keçəcəyi istisna edilmir.

 

Baş hidroloq əlavə edib ki, selin əsasən iyunun 8-də axşam, iyunun 9-da gecə və səhər keçəcəyi gözlənilir.

 

A.Verdiyev əlavə edib ki, 2018-ci il başlayandan indiyədək Azərbaycandakı çaylarda 9 daşqın və sel hadisəsi olub.

 

Xatırladaq ki, iyunun əvvəlində Göyçayda sel suları nəticəsində avtomobil və piyada körpüləri dağılıb, İsmayıllıda isə güclü yağışlar evlərə və əkin sahələrinə ziyan vurub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300