Azərbaycan peyk vasitəsilə torpaqlara nəzarəti gücləndirəcək 

 

Azərbaycanda bütün torplaqlarda baş verən yanğın hadisələrini, qanunsuz tikinti aparılmasını və digər məsələləri peykdən görmək mümkün olacaq.

Trend-in məlumatına görə, bunu Əmlak Məsələri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycanda vahid torpaq fondu məlumat bazası hazırlanır:

"Ölkənin vahid torpaq fondu məlumat bazası hazır olduqdan sonra bütün dövlət qurumları bundan istifadə edəcəklər. Torpaqlara nəzarətin təkcə müfəttiş vasitəsilə deyil, gələcəkdə elektron səviyyəyə gətirilməsini istəyirik. Bununla bağlı xarici təcrübə öyrənilib, Sloveniya şirkəti ilə sənəd imzalanıb. Onlar bizim üçün bu torpaqlara peyklə nəzarətlə bağlı sistemi hazırlayacaqlar. Bununla da bütün torplaqlarda baş verən yanğın, qanunsuz tikili və digər məlumatları öyrənmək mümkün olacaq”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300