Ermənistanın hökumət kabinetində dəyişiklər gözlənilir

Hakim partiyanın mətbuat katibi Eduard Şarmazanov Daşnaksutyunun hakimiyyətə qatılacağı haqqında ilkin razılıq olduğunu deyib

 

Ermənistanın hakim Respublikaçılar Partiyası və Daşnaksutyun koalisiya yaratmaq haqqında razılığa gəliblər. Daşnaksutyun üç nazir portfelinə və iki qubernator vəzifəsinə iddia edir.

Bu barədə hakim partiya idarə heyətinin yığıncağından sonra jurnalistlərə məlumat verən partiyanın sözçüsü Eduard Şarmazanov prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyası və Daşnaksutyun Erməni İnqilabi Federasiyası arasında əməkdaşlıq haqqında ilkin razılıq əldə edildiyini bəyan edib.

Şarmazanovun sözlərinə görə, Daşnaksutyun partiyası ilə hökumət tərkibində gələcək əməkdaşlığa dair ilkin razılığa gəliblər, təfərrüatları isə həftənin sonuna kimi məlum olar.
"Hələlik onu deyə bilərəm ki, Ermənistan Respublikaçılar Partiyası ilə Daşnaksutyun Ermənistan siyasi gündəmində birgə çıxış etməyə razıdırlar", - Şarmazanov deyib.
Son həftələr yerli mətbuatda Daşnaksutyun Partiyasına üç nazir yeri və iki qubernator vəzifəsi veriləcəyi barədə məlumatlar yayılmışdı. Beləliklə, "rəhbər vəzifələr inhisarçısı" olan hakim partiyanın dekabr referendumunda Konstitusiya dəyişikliyini dəstəkləyən Daşnaksutyuna təşəkkür etdiyi bildirilirdi.

Buna kimi Daşnaksutyun, Yerevan tərəfindən 2009-cu ildə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokolların etibarsız tanınmadığına görə, özünü müxalif qüvvə hesab edirdi.

Armen Aşotyan elm və təhsil naziri vəzifəsini tərk etməsinə dair mətbuatda yayılan məlumatları təkzib etməyib

Daşnaksutyun üçün elm və təhsil naziri, ədliyyə naziri və ərazi idarəetmə naziri vəzifələrinin ayrılacağı ehtimal olunurdu.

Hələlik Elm və Təhsil Nazirliyinin "daşnaklara təqdim” ediləcəyi təsdiqlənir.

Hazırkı nazir, Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan çərşənbə günü öz Facebook səhifəsində yeni hökumət binasındakı yeni kabinetinin video görüntüsünü yerləşdirib, tərk edəcəyini düşünməyə əsas verən kinayə atmışdı.

Daha sonra isə nazir Aşotyan yerli mətbuata müsahibədə vəzifəsini tərk edəcəyi barədə KİV proqnozlarının "nəhayət, həqiqətə yaxın” olduğunu deyib.

Daşnaksutyun nümayəndəsi 1998-dən 2003-cü illər arasında artıq 3 dəfə Elm və Təhsil Nazirliyinə rəhbərlik edib.

Daşnaksutyun Partiyasına "veriləcəyi” ehtimal olunan Ədliyyə Nazirliyinə hazırda Arpine Hovhannisyan rəhbərlik edir.

Hakim partiya parlament fraksiyasının sabiq üzvü, 32 yaşlı Arpine Hovhannisyan bu vəzifəyə cəmi altı ay bundan əvvəl təyin olunub.

Yerevan müxbirimiz Arpine xanımın mümkün istefası barədə hələ heç bir işarə olmadığını bildirir.

Altı ay əvvəl ədliyyə naziri təyin olunmuş Arpine Hovhannisyan hələ istefasına dair işarə də etmir. Bu vəzifənin də daşnak partiyasına "vəd edildiyi" ehtimal olunur

Hər necə olsa, hakim partiyanın mətbuat katibi Eduard Şarmazanov daşnaklara nazir və qubernator vəzifələrinin ayrılacağını istisna etməyib.

Daşnaksutyun Partiyası üçün hakimiyyət tərkibində olmaq yenilik deyil. Onlar 2003-cü ildən bəri iki dəfə Robert Koçaryanın prezidentliyi dövründə, 2008-ci ildə isə Serj Sarkisyan hakimiyyəti ilə hakim koalisiyaya daxil olub(BBC).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300