Müsavat başqanından Arif Rəhimzadəyə sərt cavab

 

Arif Hacılı: "Bu açıqlamaları yalnız Rəhimzadə düşüncəsinə malik olan səsləndirə bilər”

"Bəzi yerlərə sovet hakimiyyətinə bağlı şəxslərin adlarının verilməsinə etiraz etmək düzgün deyil. Çünki onların adı verilməsəydi, hansısa erməninin adı veriləcəkdi. Bəli, sovet hakimiyyəti Azərbaycan xalqına divan tutdu. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub axı? Biz də sovet dövründə işləmişik, indi xalqın düşməniyik?!”

"APA ” agentliyinin məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə iddia edir ki, Azərbaycan dövlətini sovet hökuməti qurub:

"Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi "xalq düşməni” olmalı deyilik ki? Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq sovet dövründə Xanlar adlı bölgə, kənd adları olub. İndi o, kommunist olduğu üçün adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada Çəmənli sözü işlədildi. Biri mənə izah etsin ki, Çəmənli olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Azərbaycan Respublikasının mövcudluğuna görə Məhəmməd Əmin Rəsulzadəyə və onun silahdaşlarına, müsavatçılara borcluyuq:

"Çünki 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Müsavat Partiyasının təşkilatçılığı, Rəsulzadənin rəhbərliyi və xüsusən xalqımızın iradəsi ilə həyata keçirilib. Cümhuriyyətin yaranması sovet-rus imperiyası qurularkən bu ərazidə heç olmasa Sovet Sosialist Respublikası adlı formal bir dövlətin yaranmasını labüd edib”.

A.Hacılı hesab edir ki, əgər Rəsulzadənin quruculuğu ilə Azərbaycan dövləti mövcud olmasaydı, Arif Rəhimzadənin müdafiə etdiyi kommunistlərin dövründə bəlkə də Azərbaycan adlı muxtariyyat da olmazdı.

"Məsələ ondadır ki, yerli bolşeviklər Azərbaycanın maraqlarını yox, Rusiyanın mənafelərini üstün götürürdülər. Təsəvvür edin ki, 1920-ci ilin dekabrında Nərimanov Zəngəzurun və Naxçıvanın qeyd-şərtsiz Ermənistana verilməsi təklifiylə çıxış etmişdi. Onun ətrafındakı kommunistlər də təklifi dəstəklədilər. Bütün bunlardan sonra sovet imperiyası zamanı Azərbaycanın dövlət quruculuğunun mövcudluğuna Moskvaya borclu olmaq kimi açıqlamaları yalnız Rəhimzadə düşüncəsinə malik olan səsləndirə bilər. Əslində, kommunist düşüncəsindən xilas ola bilməyən Rəhimzadənin söylədiklərindən təəccüblənmirəm. Bu adam Azərbaycanın müstəqilliyinin müzakirəsi zamanı da daim müstəqilliyinin mövcudluğuna qarşı çıxışlar etdiyindən, öz ampulasına sadiqdir”.

Arif Rəhimzadənin üzvü olduğu Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə Cümhuriyyətin yaranmasının 100 illik yubileyi qeyd edilir.

 

(Meydan Tv)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300