İnsanların yeni bir xidmətə adaptasiya olma prosesi bir qədər çətin keçir. Komfort, təhlükəsiz xidmət, sürücü mədəniyyəti baxımından alışmadığımız bir xidmət təklif olunmasına baxmayaraq, yenə də problemlər var. Maraqlıdır ki, əvvəllər sərnişinlər avtobusların yalnız dayanacaqlarda saxlanmasını tələb edirdilər. Amma dayanacaqdan dayanacağa saxlamaq qayda şəklinə düşməyə başlayanda sərnişinlər bu qaydanın əksinə çıxmağa başladılar. Qaynar xəttə bu problemlə bağlı mütəmadi zənglər olurdu".

Uluyol.info APA-ya istinadən bildirir ki, bunu "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova deyib.

O, bildirib ki, önə çıxan problemlərdən biri də sürücülərlə bağlı idi. Onlar arasından tələblərə uyğun seçim etmək çətin idi: "Etik normalara əməl edən, sürücülük qaydalarına tam riayət edən sürücülərə üstünlük veririk. Amma etiraf etmək lazımdır ki, sürücülərin əksəriyyəti yerli əmək bazarında çalışır. Onları yeni xidmətin bütün tələblərinə uyğun şəkildə hazırlamaq bir qədər çətinlik yaradırdı. Sərnişinlərin iradları əksərən bu məqamla bağlı olurdu. Təbii ki, qurum olaraq lazımi ölçü götürürdük. Sürücülər qarşısında qoyulan əsas şərt haqsız olsa belə, sərnişinlərlə əsla aqressiv davranmamaqdır".

Nuridə Allahyarova avtobuslarda WI-FI problemi ilə bağlı görülən işlərdən də danışıb:

"Sistem quraşdırılıb, lakin işlək vəziyyətdə deyil. Qeyd etmək lazımdır ki, bu sistemin işə düşməsi üçün tender elan olunur. İştirakçı şirkətlərin xidmətləri araşdırılır. Əksər məkanlarda WI-FI xidməti var, amma istifadəçilər çox zaman müəyyən texniki problemlərlə qarşılaşırlar. Bu halın yaşanmaması üçün daha mükəmməl xidmət təklif edən şirkət axtarışındayıq. 2016-cı ilin I rübündə bu problemin həllini tapacağını düşünürük".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300