İstefaya gedən "baş nazir” Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarını taladığını açıqladı

 

 

Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qanunsuz hərbi-polis rejiminə etiraz olaraq ötən həftə başlayan etirazlardan sonra dünən istefaya gedən qondarma "dqr dövlət naziri”, yaxud "baş nazir” statusunu daşıyan Araik Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarında talançılıqla məşğul olduğunu etiraf edib.

Arutyunyan ötən gün mətbuat konfransı keçirib, istefasının səbəblərinin qondarma rejimə qarşı etirazlar olmadığını deyib. Bildirib ki, Bako Saakyanla görüşəndən sonra istefa vermək qərarına gəlib və əgər Dağlıq Qarabağda digər vəzifəli şəxslər də öz fəaliyyət stilini dəyişməsə onlar ictimaiyyətin təzyiqləri ilə istefa verməli olacaqlar.

Arutyunyan "baş nazir” olmazdan əvvəl Dağlıq Qarabağın ən iri oliqarxlarından biri idi. "Azadlıq” radiosunun erməni xidmətinin müxbiri ondan biznesi barədə soruşub, xalq arasında dolaşan məlumatları xatırladıb.

Araik Arutyunyan deyib ki, "baş nazir” təyin edilənə qədər həqiqətən Dağlıq Qarabağda ən iri biznesmen idi. "K-Telekom”, "Artsax qaz”, Drımbon mis-qızıl yataqları ona məxsus olub.

"2006-cı ildə işçilərimin sayı 700-dən çox idi. Amma baş nazir təyin olunandan sonra mən bizneslə məşğul olmuram. Kənd təsərrüfatı və torpaq becərilməsi sahəsinə gəldikdə. Mən Cəbrayılda torpaqları əkib-becərməyə başladım, hansı ki, insanlar hələ də ora getməyə qorxur. Mən isə 2000-ci ildən orada torpaqları əkib-becərirəm. İlk dəfə Ağdamda 1997-ci ildə torpaqları becərməyə başlamışam, o vaxt çoxları Ağdamın yerini heç xəritədə göstərə bilmirdi. Sonra Martuni şərab zavodunun və "Qırmızı bazar”ın özəlləşdirilməsində iştirak etdim”-Araik Arutyunyan deyib.

Habelə Arutyunyan deyib ki, Xankəndindəki "Nairi” univermağının sahibidir və həmin univermağı bu yaxınlarda qızının 16 yaşı tamam olması münasibətilə ona hədiyyə edib.

Arutyunyan Cəbrayıl və Füzuli rayonları ərazisində neçə hektar torpaq zəbt etdiyini açıqlamayıb. Amma deyib ki, bu torpaqları əkib-becərmək istəyənlərə verməyə hazırdır.

Virtualaz.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300