Polis rəisinin bacısı oğlu vətəndaşı güllələdi 

Dünən gecə Şamaxıda güllələnmə hadisəsi baş verib.Rayondan Realliq.info - ya daxil olan məlumatda bildirilir ki, dünən gecə saatlarında Şamaxı şəhərində yaşayan Elxan adlı şəxs Nadir və Samir adlı şəxslər tərəfindən evində güllələnib. Hadisə nəticəsində ağır yaralanan Elxan Şamaxı rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Realliq.info - ya bildirilib ki, Elxanın qarın və qol nayihəsindən güllə yarası alıb və durumu ağır olaraq qalır.
Cinayəti törədən şəxslər isə hələ də tapılmayıb. Onların istintaqa təhvil verilməsi üçün cinayət - axtarış tədbirləri davam edir.

Vətəndaşın evinə basqın edən Nadir və Samir adlı şəxslər Tərtər rayon Polis şöbəsinin rəisi Rauf Məcidovun bacısı uşaqlarıdır. Onların dayısı Ramiz Məcidov Şamaxı Polis Şöbəsində aparıcı müstəntiq, digər dayıları Seyidəli Məcidov Şirvan şəhər prokurorluğunda müavin vəzifəsində çalışır.

Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı bəlli olub ki, bu hadisə Samir və Nadir adlı şəxslərin ilk cinayəti deyil. Rayonda bir çox hadisələrin səbəbkarı olan şəxslər bu günə qədər cəzadan yayına biliblər.
Mövzuya qayıdacağıq.
Realliq.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300