Karqo qiymətləri niyə artır? – “Vergidən əlavə gömrük “şapka” da istəyir” » Ulu Yol Xəbər portalı

              Karqo qiymətləri niyə artır? –"Vergidən əlavə gömrük "şapka” da istəyir”

 

"Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin edildikdən sonra karqo qimətlərində artım baş verib”.

Yenicag.az bildirir ki, bu sözləri adlarının çəkilməsini istəməyən sahibkarlar deyib.

Onların verdiyi məlumata görə, əvvələr kubu 2.5 dollara gələn karqolar, artıq bahalaşaraq 3,5- 4 dollar olub. Sahibkarlar Karqo qiymətlərinin qalxmasının malların satışına da təsir göstərəcəyini vurğulayıblar. Çünki, gətirilən hər malın satışa çıxma anına qədər xərcləri hesablanır və buna uyğun olaraq da qiymətlər təyin edilir.

Karqo şirkətlərindən səbəbləri öyrəndikdə, qeyri-rəsmi olaraq aldığımız cavab bu oldu: "36% vergidən əlavə, Gömrük "şapka” da istəyir. Buna görə də, daşımada qiymətin qalxması normal bir haldır”.

Böyük karqo şirkətləri ölkənin iki ən böyük bazarı sayılan Sədərək və Binə ticarət mərkəzlərində yerləşirlər. Həmin şirkətləri isə bazar rəhbərliyi ilə ya qohumluq, ya da hansısa bir bağ birləşdirir. Karqo şirkətlərindən yerində məlumat almaq isə mümkünsüzdür, sahibkarlar bildirir ki, ən adi bir narazılıq, artıq sual vermək mühafizəçilərin təhqiri, döyməsi, ən yaxşı halda isə Qaradağ rayon Polis İdarəsinə aparılmaqla nəticələnir.

Sədərək Ticarət Mərkəzində sahibkarların təkcə narazılığı karqoların qiymət artımı ilə bağlı deyil. Son günlər bazarda mağazaların qarşısındakı jalüzlər sökülərək, yerinə şüşələr quraşdırılır. Belə baxanda burada qeyri-adi nəsə yoxdur. Hətta yaxşı hal sayıla bilər. Ancaq məsələnin bir əmması var.

Deməli, Sədərək Ticarət Mərkəzindəki mağazaların qarşısı 2 metr önə çəkilir. Bu da hər mağaza sahibinə 1670 manata başa gələcək. Mağazların önə çəkilməsi sıralar arasındakı məsafəni darlaşdıracaq və nəticədə bazara gələn müştərilərin narahatlığına səbəb olacaq. Belə olan halda yanğın söndürmək üçün quraşdırılmış su kranları da mağazaların daxilində qalacaq. Əgər bazarda yanğın baş verərsə, yanğını söndürmək üçün öncə mağazaların önündəki şüşələri sındırmaq lazım olacaq. Sahibkarlar bildirirlər ki, bazar rəhbərliyinin bu qərarı kiçik bir şey kimi görünsə də, əslində, bu addımla milyonlarla pul əldə edəcək.

Hər mağazanın 2 metr önə çəkilməsi, hazırda mağazaların sahəsinə, arenda qiymətlərinə təsir etməsə də, iş yekunlaşdıqdan sonra əlavə haqq tələb ediləcəyi söylənilir.

Sahibkarlar qeyd edir ki, yaxın günlərdə bazar rəhbərliyinin atdığı addıma görə etiraz aksiyası keçirən şəxslər analoji addımla üzləşiblər. Bu rəhbərliyin atdığı addıma qarşı çıxmaq olmur. Çünki rəhbərliyin saxladığı "qoçu dəstəsi” onları döyür. Qaradağ rayon Polis İdarəsi isə Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin verdiyi əmrləri yerinə yetirir. Polis rəisi polkovniki Əli İbrahimovun Yusif Qədimbəylinin bacanağı olduğu bildirilir.

Səxavət Məmməd, yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300