Cəlilabadda silahlı insident olub
Cəlilabad rayonunda silahlı insident olub.
"Report"un Aran bürosunun əldə etdiyi məlumata görə, iki rayon sakini arasında yaranan mübahisə nəticəsində tərəflər bir-birilərinə odlu silahdan atəş açıblar.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmasa da, "Lexus” markalı minik avtomobilinə və tərəflərin birinə məxsus evə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.