Günnütün azad edilməsinə İrəvanın saxta cavabı - Foto

 

Ermənistan Müdafiə Nazirliyi Günnüt kəndinin Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsiylə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan iddia edib ki, guya Azərbaycan tərəfi iyunun 6-sı və 7-də İrəvana müraciət edərək, insanların Günnüt kəndində yerləşən qəbiristanlığı ziyarət etməsinə şərait yaradılmasını xahiş edib. Ovanisyan Azərbaycan tərəfinin belə bir xahişi ilk dəfə etdiyini bildirib. Bundan sonra Ovanisyan guya Ermənistanın hər zaman humanitar normalara sadiq olduğunu və buna görə də vətəndaşların qəbiristanlığa girməsinə izn verildiyini vurğulayıb:

"Günnüt neytral zonada yerləşir. Dinc sakinlərə buraya yaxınlaşmağa izn verilib. Ermənistan ordusu situasiyaya tam nəzarət edir”.

Ovanisyan, görünür, növbəti dəfə söylədiyi yalanlarla az öncə verdiyi bəyanatı tutuşdurmağı "yaddan çıxarıb”. Belə ki, Naxçıvan Əlahiddə Ümumqoşun birliklərinin fəallaşmasıyla bağlı informasiyaları ilk dəfə məhz elə Ermənistan mətbuatı yaymışdı. "Razm.info” saytı mayın ortalarından etibarən sözügedən yüksəkliklərin alınmasını xəbər vermişdi.

Feysbuk sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan isə Arpa kəndi yaxınlığında Azərbaycanın yeni mövqelər tutması barədə görüntünü 30 mayda tirajlamışdı:

"Areni kəndinin (ermənilər Arpa kəndini belə adlandırır - red.) yaxınlığında Azərbaycan tərəfinin yeni mövqeləri. Fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar” (Tumanyanın yaydığı foto təqdim edilir - red.)

Yalnız bundan sonra Ovanisyan fakta münasibət bildirdi və dolayısı ilə onu təsdiqlədi. Ovanisyan o zamankı rəsmi açıqlamasında Azərbaycanın yeni istehkam işlərini neytral ərazidə apardığını və Ermənistanın düşmənə heç bir ərazi vermədiyini dedi:

"Bu, neytral ərazidir. Burada əlavə mövqelərin qurulması qanuni prosesdir. Bizim də N sayda belə mövqelərimiz var. Məncə, bu, situasiyanı dəyişmir”.

Maraqlı məqam odur ki, Ovanisyan həm Günnütü Azərbaycan ərazisi adlandırır, mayın 30-da Azərbaycanın bu ərazidə yeni mövqelər yaratmaq haqqına sahib olduğunu deyir, bugünkü açıqlamasında isə azərbaycanlıların dədə-baba Günnüt qəbiristanlığını ziyarətini "ermənilərin razılığı ilə” izah etməyə çalışır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300