Avropalı parlamentari: "Mən və qrupum Dağlıq Qarabağa heç vaxt qanunsuz səfər etməyəcək"

 

"Mən qrupum və öz adımdan deyə bilərəm ki, Dağlıq Qarabağa heç vaxt qanunsuz səfər etməyəcəyik ".

APA-nın xəbərinə görə, bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti Yan Zahradil jurnalistlərə açıqlamasında deyib.

O, bu məsələnin çox həssas olduğunu vurğulayıb: "Adətən bu cür vəziyyətləri cəmiyyətdə açıq danışmıram, çünki çox həssas məsələdir. Başa düşürəm ki, Azərbaycan hökuməti Avropa parlamentinin hər hansı bir üzvünün Dağlıq Qarabağa qanunsuz, Azərbaycan tərəfindən icazə almadan səfər etməsinə görə təəssüflənir və bunu yaxşı qarşılamır. Parlamentin hər bir üzvü nə istəyirsə, onu etməkdə sərbəstdir. Mən ancaq öz qrupum və öz adımdan deyə bilərəm ki, heç birimiz belə istəkdə deyilik və məhz mən belə şey etməyəcəm".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300