Ermənistanda növbəti aksiya olub

 

Ermənistanın Texut və Şnox kəndlərinin sakinləri "Texut” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) gedən yolu bağlayıblar.

"Report” xəbər verir ki, onlar şirkətdə işlə təmin olunmalarını tələb edirlər.

Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, bu şirkətin fəaliyyət göstərməsi səbəbindən bağ, əkin yeri, örüş, meşə və başqa torpaq sahələrindən məhrum olublar: "İndi isə bizi işdən çıxarıblar. Hamımızın kredit borcu var. Bizi düşünən yoxdur. Onlar bizi dilənçi vəziyyətinə salırlar. Bizdən alınan torpaqlarda niyə başqaları işləməlidir? Bu sualımıza cavab verilməyənədək yolu açmayacağıq”.

Məlumata görə, bu ilin fevralında "Valleks” şirkətlər qrupu "Texut” da daxil olmaqla işçilərin sayını 1190-dan 300-dək azaldacağını açıqlayıb. Sakinlər isə bildiriblər ki, əməkdaşlar ixtisar olunsa belə, ilk növbədə, onlar işlə təmin olunmalıdırlar.

Qeyd edək ki, bu mis-molibden müəssisəsinin sahəsi 80 ha-dır. "Texut” 440 ailənin torpağını əlindən alıb. Şirkət 150 nəfəri işlə təmin etmək üçün, təxminən, 1500 nəfərin ənənəvi işdən məhrum edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300