Sahil Babayevin fiaskosu - Prezidenti aldadan təqdimatlarda erməni izi

 

Yeni nazirin heç olmasa sələfi qədər pafosu da çatmadı ki, cəmiyyətdə nəyəsə ümid yaratsın

 

Nazirlikdə hamı çaşqınlıq içərisindədir. Eyni zamanda nazirliyin yerli şöbələrində korrupsiya əvvəlkindən də dəhşətli hal alıb. Rüşvətin miqdarı bir az da artıb.

 

11 apreldə keçirilən prezident seçkilərindən sonra hamı dövlət başçısının çoxdan anonsunu verdiyi kadr islahatlarının hansı istiqamətdə aparacağını gözləyirdi. Təbii ki, siyahıda çoxdan etimad limitini itirmiş, cəmiyyətin sərt tənqidlərinə tuş gələn, fəaliyəti ilə hakim komandanı bilavasitə imicinə zərbə vuran korrupsioner məmurlar ilk sıralarda gəlməli idi və belə də oldu. 2013-cü il prezident seçkilərindən sonra böyük pafosla, hay-küylə, alovlu çıxışlarla vəzifəyə təyin olunan, lakin sonrakı fəaliyyətinin hər dönəmində fiaskoya uğrayan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov da yeni kabinetdə yer almadı.

 

Səlim Müslümov ona göstərilən böyük etimadı "pafos səviyyəsi”nə endirdi, ölkənin olduqca həssas bir sahəsində korrupsiya toru qurdu, insanlarda təmsil olunduğu hakimiyyətə qarşı mənfi imic formalaşdırmağa başladı. Hakimiyyət qarşıdakı gözlənilən iqtisadi çətinliklər dövründə kasıb insanların sürpriz addımları ilə rastlaşmaq istəmədiyi üçün sosial müdafiə sahəsini Səlim Müslümovun və onun komandasının buxovundan azad etmək üçün hərəkətə keçdi.

 

Səlim Müslümov təcrübəsi bir daha göstərdi ki, etimadı doğrultmaq üçün pafoslu çıxışlar kifayət etmir, sadəcə əməli işlər görmək vacibdir.

 

Odur ki, hamının gözləntisi o idi ki, yeni nazir və komandası ictimaiyyət qarşısında sosial müdafiə sahəsində həyata keçirilən tədbirlərə uyğun çıxışlar etsinlər, insanları boş və yalan vədlərlə ümidləndirib, onlarda xəyal qırıqlığı və narazılıq yaratmasınlar.

Related image

 

 

Sahil Babayev

 

Rubrika.az saytına verilən məlumata əsasən, yeni ƏƏSM naziri Sahil Babayevin də atdığı ilk addımlar sələfindən heç də fərqlənmir. Yenə də eyni pafos, yenə də eyni hay-küyçülük. Mahiyyət isə nəinki dəyişməyib, hətta verilən xəbərlərə görə daha da acınacaqlı hal alıb. Yeni nazirin təyinatından qısa müddət keçib və onun haqqında tənqidi fikirlərin səsləndirilməsi kimdəsə təəccüb doğura bilər. Amma, saytımızı məlumatlandıran mənbənin bildirdiyinə görə, Sahil Babayevin addımları imitasiyadan başqa bir şey deyil.

 

Rubrika.az saytı yazır ki, ötən müddət ərzində nazirlikdə sadəcə şəxslər dəyişib, iş prinsipi isə daha da mənfiyə doğru yuvarlanıb. S. Babayevin ümumiyyətlə hansı yeniliklərlə, islahat proqramı ilə çıxış etməsi məlum deyil. Nazirlikdə hamı çaşqınlıq içərisindədir. Eyni zamanda nazirliyin yerli şöbələrində korrupsiya əvvəlkindən də dəhşətli hal alıb. Rüşvətin miqdarı bir az da artıb. Görünən odur ki, Sahil Babayevin gəlişi nəinki ƏƏSMN-də yeniliklərə yol açdı, əksinə uçurumu bir qədər də dərinləşdirdi. Yeni nazirin heç olmasa S. Müslümov qədər pafosu da çatmadı ki, cəmiyyətdə nəyəsə ümid yaratsın. Görünən dağa isə bələdçi lazım olmur, onsuz da çox şeylər aydın görünür!

 

P.S. Yeni təyin olunan nazirlərdən hansının ermənilərlə bağlılıq tellərinin və yaxud konkret erməni olması ilə bağlı yaxın zamanlarda geniş araşdırmamızla təqdim edəcəyik.//Rubrika.az 

 

Uluyol.az

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300