Azərbaycanda nazir oğlu çoban iti aldı: - 10 hektar ərazidə saxlayır

 

Azərbaycan maliyyə naziri Samir Şərifovun oğlu dünyada "Anadolu aslanı" kimi tanınan Kanqal (poyraz) it cinsini alıb

 

İri cüssələri, qoruma instinktləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkən bu it Anadolunun Edremit qəsəbəsində 10 hektar xüsusi hasarlanmış ərazidə bəslənir.

 

Uluyol.az mia.az-a istinadən xəbər verir ki, it fermasının sahibi Birol Başyiğit buranı 8 il əvvəl tikdiyini bildirib. Onun sözlərinə görə, Kanqal sevgisi onda uşaqlıqdan yaranıb və bu işə böyük sevgi ilə başlayaq peşəkara çevrilib.

 

 

 

Fermada 40 damazlıq Anadolu çoban iti, Aksaray malaklısı, Ağbaş və digər it növləri var. Hazırda dünyanın 32 ölkəsinə bu itlər ixrac edilir.

 

Birol Başyiğit bildirib ki, poyrazın balalarına dünyada NBA ulduzları, kik boks çempionları, bürokratlar, siyasətçilər, maraq göstərir: "Dünya şöhrətli mərakeşlı idmançı, K-1 döyüşçüsü, "Qızıl oğlan” ləqəbli Badr Hari, dünya kinq-boks çempionlarından Badr Hari, Rusiyalı qaydasız döyüş ustası, qaydasız döyüş üzrə 4 qat MMA çempionu Fedor Emelianenko və Azərbaycan maliyyə nazirinin oğlu poyrazın balalarını bizdən alıblar”.

 

 

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300