Leysan bölgələrdə fəsadlar törədib: körpülər uçub, magistral yol dağılıb - FOTOLAR

 

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Balakənin Katex kəndi ərazisindən keçən, mənbəyini dağlardan götürən Dəliçay məcrasından çıxıb.

Çayın sağ və sol sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb, 10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb.

Sel suları Dəliçayın üzərindəki 8 kiçik körpünü də uçurub, ərazidən keçən içməli su, elektrik və qaz xəttlərinə ziyan dəyib.

Kənd sakinlərinə məxsus ümumilikdə 150 hektar olmaqla, 10 hektarı tütün, 140 hektar buğda, arpa və qarğıdalı sahələri sel suları altında qalıb.

Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Katex kəndi ərazisindən keçən hissəsini sel suları dağıdıb.

Hazırda Balakən rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerində iş aparır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300