Çin şirkətləri dünya çempionatında reklama 835 milyon dollar xərcləyəcəklər

 

Çin şirkətləri Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında reklam işlərinə 835 milyon ABŞ dolları vəsait xərcləyəcəklər.

"Chinadaily.com.cn” nəşri yazır ki, bu vəsait ABŞ şirkətlərinin reklam xərclərindən (400 milyon dollar) iki dəfə çoxdur. Ev sahibi Rusiyanın reklam xərcləri 64 milyon dollar təşkil edəcək.

Dünya çempionatında məhsulları və xidmətləri reklam olunacaq Çin şirkətləri arasında "Dalian Wanda Group”, texnologiya kompaniyası "Zhidian Yijing Virtual Reality Technology”, məişət avadanlığı istehsalçısı "Hisense Electronics”, mobil telefon cihazları üzrə ixtisaslaşan "Vivo Mobile Communication Technology”, habelə ərzaq və geyim firmaları var.

Qeyd edək ki, 8 il əvvəl Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə dünya çempionatında cəmi bir Çin şirkəti reklam olunurdu.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300