Peskov:"Tramp-Kim görüşünü alqışlayırıq"

 

"ABŞ prezidenti Donald Tamp və Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda keçirilən görüşü yarımadada gərginliyin azalmasına yardım edir, vəziyyəti böhranlı nöqtədən uzaqlaşdırır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu görüşün nəticələrini substantiv olaraq hələ analiz etmək lazımdır. Lakin görüşün özünün baş tutması faktını ancaq alqışlamaq olar. Sözsüz ki, belə görüşlər nəticəsi necə olur olsun, yarımadada gərginliyin azalmasına yardım edir, vəziyyəti böhranlı nöqtədən uzaqlaşdırır. Bu da məmnunluq oyatmaya bilməz", - deyə Peskov vurğulayıb.

Kreml sözçüsü qeyd edib ki, görüş faktı Rusiya tərəfinin və prezident Vladimir Putinin haqlı olduğunu göstərir, çünki Moskva Koreya probleminin nizamlanmasının diplomatik metodunun alternativinin olmadığını, yeganə mümkün yolun birbaşa dialoq yolu olduğunu demişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300