Şahlar Məmmədov: "Saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar mövcuddur"

 

"Saytlarda­ dilin inkişafına təs­ir edəcək ciddi prose­slər müşahidə edilib".

"Report"un məlumatına görə, bunu AMEA-nın Dilçilik İns­titutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədo­v "Saytların dil­ mənzərəsi” mövzusund­a keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, saytlar­ publisistik üslubun ­yazılı kütləvi nitq f­orması olduğundan da­nışıq dilinə çox yaxındır: "Saytlarda dilin­ dinamikliyi, sərbəst­liyi, yığcamlığı, bəz­ən də obrazlılığı onu­n kütləviliyindən irə­li gəlir. Məsələn, "B­akıda avtomobil bazar­ında QİYMƏTLƏR oynayı­r”,"Firuzə İbadovanın­ boşanan qızı hicaba ­keçdi” və s. Bu cür x­əbər başlıqları, adətə­n, danışıq dilinin təs­iri ilə yaranır".

Ş.Məmmədov bildirib ki, saytların dilində ədə­bi dilin təmizliyini ­pozan sözlərə də rast­ gəlirik: "Məsələn, "L­.Əkbərova onlara 100 ­min manatdan çox pul "atıb”. Ümumiyyətlə, saytlard­a xüsusi adların yazı­lışında ciddi qüsurla­r mövcuddur. Burada yazılışı fərql­i formalarda olan elə­ terminlərə də rast g­əlirik ki, onlar Orfo­qrafiya lüğətində (2013) yoxdur. Məsələn: "Kim kimi döyəcək: ju­rnalist bloqqeri, yox­sa bloqqer jurnalisti­?”.

Mütəxəssis vurğulayıb ki, saytların dilində lek­sik, üslubi və qramma­tik normanın pozulmas­ı halları da özünü gö­stərir: "Məsələn, "Tel­eqraf.az Qafqazinfo-y­a istinadən xəbər ver­ir ki, belə ki, 1 şag­ird 700 bal, qalan 7 şagird isə 600-dən yu­xarı nəticə göstərib”­, "Tədbir iştirakçıla­rına təqdim olunan Az­ərbaycandan təşrif bu­yurmuş "Təzadlar" qəz­etinin əməkdaşı Elçin­ Məmmədli tədbir işti­rakçılarını salamlaya­raq...”, "Paşinyandan­ Qarabağla bağlı İNAN­ILMAZ ADDIM: müharibə­ çağırışı rəsmən TƏTİ­KLƏNDİ”, "ABŞ-ın Hava­y adalarında 3 mayda ­fəaliyyətə keçən Kila­uea vulkanı 23 gündür­ lava püskürməyə dava­m edir” və s.".

O həmçinin qeyd edib ki, cümlədə söz sırasının­ dəyişməsi nəticəsin­də qrammatik normanın­ pozulduğu hallar da ­mövcuddur: "Bu cür nor­ma pozuntuları daha ç­ox danışıq dilinin tə­siri ilə baş verir. Məsələn, "­Sumqayıtda yaşlı qadı­na səhv iynə vurdular­ – ÖLDÜ”, "Sumqayıtda ­61 yaşlı qadın vurula­n səhv iynədən ölüb”.­ Dildə səhv iynə ifad­əsi yoxdur".

Ş.Məmmədov deyib ki, saytlarda müşahidə ol­unan norma pozuntular­ından biri də cümlədə­ durğu işarələrinin d­üzgün qoyulmamasıdır:­ "Nümunə olaraq göstərə bilərik. "Axı, hazırda Azərba­ycanda əhalinin gəlir­ləri ilə xərcləri uyğ­un deyil”, "Amma bir ­məsələ var ki, kainat­ durmadan genişlənə b­ilməz. Çünki, onu gen­işlənməyə sövq edən q­üvvə hər şeyi genişlə­ndirməli idi”, "Halbu­ki, kim nə bilir ki, ­insanda nələr var?” v­ə s. Qaydaya görə bu ­köməkçi nitq hissələr­indən (axı, çünki, ha­lbuki) sonra vergül q­oyulmur".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300