Kərəm Həsənov və Elmar Vəliyev Qara dəniz sahilində otel tikirlər - Gürcüstanda

 

Gürcüstanda inşa edilən otelə bir neçə on milyon dollar vəsait sərf olunacaq

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev Gürcüsatanda, Batumi yaxınlığında Qara dəniz sahilində beş ulduz otel tikirlər. Sözü gedən otelin gələn ildən başlayaraq turistləri qəbul edəcəkləri bildirilir.

 

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Kərəm Həsənovla Elmar Vəliyev şərikli biznes sahələrini genişləndirirlər.Qeyd edək ki, Kərəm Həsənov və Elmar Vəliyev qudadırlar və Gürcüstanda inşa edilən otel onların ilk şərikli biznesi deyil . Təqribən bir ay əvvə pia.az saytı yazmışdı ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla qudası Gəncə şəhər icra başçısı Elmar Vəliyev Gəncədə hündür mərtəbəli binalar inşa edirlər. Hazırda həmin binalarda son tikinti işləri gedir.

 

AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Gəncədəki tikinti işlərini, həmçinin Gürcüstandakı otel tikintisini Kərəm Həsənovun "Azinko” şirkəti həyata keçirir. Mənbə onu da bildirib ki, Gürcüstanda inşa edilən otelə bir neçə on milyon dollar vəsait sərf olunacaq.

 

Qeyd edək ki, ölkə prezidentinin xəbərdarlıqlarına baxmayaraq, artıq çoxdandır ki, Azərbaycan məmurları və iş adamları Azərbaycanda qazandıqları pulları Gürcüstana sərmayə qoyurlar. Azərbaycanda bir çox dövlət məmurunun Gürcüstanda otel və digər biznes sahələrinə sərmayə yatırmaları barədə qonşu ölkənin mətbuatında mütəmadi məlumatlar dərc edilir.

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300