Bu gün Rusiyada futbol üzrə XXI dünya çempionatı başlayır

 

Bu gün dördilliyin ən böyük futbol yarışı start götürəcək.Apasport.az saytının məlumatına görə, Rusiyada təşkil olunacaq DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayacaq.

A qrupunda yarışacaq Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start verəcəklər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edir. Meydan sahibi olduğu üçün seçmə mərhələdən azad olan ruslar bu müddətdə bir çox komandalaryoldaşlıq görüşləri keçirib. Rusiya millisinin hansı gücdə olmağı məhz bu oyundan sonra bəlli olacaq. Səudiyyə Ərəbistanı da mundiala yaxşı start vermək niyyətindədir. Bunun üçün ərəblər meydan sahiblərinin "siftə”sini korlamalı olacaqlar.

Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunda ədaləti Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası qoruyacaq.

DÇ-2018

I tur

A qrupu

19:00. Rusiya – Səudiyyə Ərəbistanı

Baş hakim: Nestor Pitana (Braziliya)

Rusiya, Moskva. "Lujniki” stadionu.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300