Fazil Məmmədov və Rəcəb Babaşovla bağlı 750 milyon manatlıq iddia ...

 

Fazil Mmmədovun Vergilər Nazirliyində rəhbərlik etdiyi zaman büdcədən 750 milyon manat gizlədilib və bu pulların büdcədən gizlədilməsinə Vergilər Nazirliyinin İri Vergi Ödəyiciləri Departamentinin rəisi, Qazaxın hazırkı icra başçısı Rəcəb Babaşov rəhbərlik edib.

 

Bu iddia ilə dia.az az saytı çıxış edib. Sayt yazır ki, mötəbərliyi şübhə doğurmayan mənbənin iddialarına görə, Fazil Məmmədovun barəsində həqiqətən də araşdırmalar başlayıb ki, bu əsnada adı hallandırılanlardan biri də hazırda Qazax rayonuna rəhbərlik edən, ondan əvvəl isə Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi olmuş Rəcəb Babaşovdur.

 

Mənbə dia.az-a bildirib ki, "Söhbət təxminən 750 milyon manatdan gedir. Bu məbləğ büdcədən gizlədilib. Rəcəb Babaşovun birbaşa rəhbərliyi altında. Əmr Fazil Məmmədov tərəfindən verilib. İndi bu faktlar rəsmiləşərsə, təkcə Fazil Məmmədov yox, başçı da məsuliyyətə cəlb olunacaq”.

 

Sayt yazır ki, məhz bu üzdən qürubunu hiss edən Fazil Məmmədov onun iştirakı ilə böyük pulları mənimsədiyi Rəcəb Babaşovu "batan gəmisindən” ilkin olaraq "evakuasiya edib”. Vurğulanır ki, Rəcəb Babaşov Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi işlədiyi müddətdə əslində Fazil Məmmədovun "qara kassası” olub.

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300