AXCP üzvünün saxlandığı bildirilir

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon şöbəsi fəalı Rauf Abdurəhmanlının saxlandığı bildirilir.

Bu barədə AXCP-dən məlumat veriblər.

Məlumata görə, cəbhəçi dünən, iyunun 13-də Bakıda saxlanıb. Bu barədə onun yaxınlarına hər hansı məlumat verilməyib.

AXCP-dən verilən məlumata görə, iyunun 14-də məlum olub ki, Bakıda saxlanan cəbhəçini qeydiyyatda olduğu Şəki şəhərinə aparıblar. Onun Şəki Rayon Polis İdarəsində olduğu güman edilir.

AXCP hesab edir ki, R.Abdurəhmanlı siyasi fəaliyyəti, tənqidi mövqeyi ilə əlaqədar təqib edilir.

Bütün bu açıqlamalara Şəki Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Hazırda AXCP-nin bir neçə üzvü uzunmüddətli həbsdədir.

Partiya onların hamısına böhtan atıldığını, siyasi sifarişlə tutulduqlarını bəyan edib.

Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300