Dəniz Baykalın son fotosu yayıldı

 

Türkiyənin "Hürriyet" qəzeti, bu ölkənin ana müxalifət partiyasının sabiq başqanı Dəniz Baykalın son fotosunu yayımlayıb.

Musavat.com xəbər verir ki, fotonu yayımlayan Dəniz Baykalı qaldığı xəstəxanada ziyarət edən "Halk tv" baş direktoru Şaban Sevincdir.

Xəbərdə Dəniz Baykalın 2017-ci ilin oktyabrın 16-dan bu yana müalicə gördüyü bildirilir.

Həmin gün Dəniz Baykalın qəfil halı pisləşincə öncə Ankaradakı özəl xəstəxanalardan birinə aparılıb. Burada edilən ilk müdaxilədən sonra Ankara Universitetinin Tibb fakultəsinə məxsus İbn Sina xəstəxanasına gətirilən Dəniz Baykalın beyin damarındakı tutulma həkimlərin səyi ilə açılıb və oraya stent taxılıb.

CXP-nin keçmiş sədri burada 51 gün reanimasiyada qalıb. Şüuru yerində olan Dəniz Baykal xəstəxanadan ailəsinin istəyi ilə 2017-ci ilin dekabrın 5-də Səhiyyə nazirliyinin ayırdığı xüsusi təyyarə ilə Almaniyaya aparılıb.

Daha sonra vətənə qayıdan D.Baykalın müalicəsinə Müharibə Veteranlarının Fiziki Bərpa Xəstəxanasında davam etdirilib.

Şaban Sevinc yayımladığı mesajda Dəniz Baykalın səhhətinin olduqca yaxşı olduğunu qeyd edib.

O, Baykalın hər kəsin Ramazan bayramını təbrik etdiyini və bu ayın 24-də ikinci bayram sevincini yaşayacaqlarına (Dəniz Baykal müxalifətin namizədi Muharrem İncəni dəstəkləyir) inandığını söyləyib.

 

Tedavi gören Deniz Baykaldan ilk fotoğraf

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300