Ulu Yol Gənclər Təşkilatı Xalqı təbrik etdi
Ulu Yol Gənclər Təşkilatı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Sizləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik. Allah-Təala sizlərə
sağlam can, uzun ömür, bol ruzi, sağlam mühitdə yaşamaq nəsib etsin. Müqəddəs
kitabımız Qurani-Kərim məhz bu ayda gəlişi bir daha Ramazanın Allah dərgahında
önəmli ay olduğun isbat edir. Allah Təala bu aya xatir sərgərdə Vətən
torpaqların qoruyan əsgər-zabitlərimizi qorusun, şəhid olmuş oğullarımıza rəhmət
diləyirik.Bu aya xatir tezliklə məcburi kökünlərimiz öz ata-baba ocaqlarına
qayıdar.
Ulu Yol Gənclər Təşkilatı bütün dünya müsəlmanlarını, Türk dünyasını təbrik edir. Allah Təala həqiqi İslamın yer üzündə bərqərar olmasına yardımçı olsun. Bu müqəddəs günlərdə belə İslam ölkələrində müəyyən qruplaşmaların törətdiyi terror aktların qətiyyətlə pisləyirik. İslam dünyası ortaq bir mövqedən çıxış etməyənə qədər bu kimi bəlalardan qaça bilməyəcəyik.
Allah-Təala haqq yolda olan, haqq naminə yaşayan, həyatını Azərbaycanımızın inkişafı, rifahı üzərində quranlara yardımçı olsun.Xalqımızın ortaq dualarına bizdə amin deyirik.
Bir daha bütün xalqımızı müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik.
Ulu Yol Gənclər Təşkilatı idarə heyəti"