Zakir Həsənov ordu rəhbərliyini topladı: "Hər an hazır olmalıyıq"

 

 

Müdafiə Nazirliyində general-polkovnikZakir Həsənovunrəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2018-ci ilin qış tədris dövrünün yekunlarına dair geniş tərkibdə iclas keçirilib.

 

Nazirliyin mətbuat xidmətindənQaynarinfo-ya verilən məlumata görə, tədbirdə müdafiə nazirinin müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, müstəqil xidmət və şöbə rəisləri, birlik, birləşmə komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Kollegiya iclasında hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə dinlənilib, son dövrlərdə həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti, xidməti və digər məsələlər müzakirə olunub.

 

Müdafiə naziri 2018-ci ilin qış tədris dövründə Azərbaycan Ordusunun hazırlığının nəticələri və yay tədris dövründə qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən Müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində əldə edilən nailiyyətlərdən danışıb.

 

General-polkovnik Z.Həsənov cari ildə görülən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini, eləcə də düşmənin istənilən təxribatının qarşısının alınması və düşmənə layiqli zərbə endirilməsi məqsədilə 2018-ci ilin yay tədris dövründə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.Müdafiə nazir Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı səlahiyyətli şəxslərə müvafiq tapşırıqlar verib.Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300