Dövlət bayrağı meydanında müəmmalı "bayraq dəyişmə” (FOTOLAR)

2017-ci ilin avqustunda müəmmalı şəkildə endirilən bayraqdan sonra dirəyi də söküldü. Dənizkənarı Bulvar İdarəsi müəmmanın adını "texniki baxış” qoysa da, Baş nazirin sabiq müavini Abid Şərifov bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib dedi: "Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü”.

 

Uluyol.az modern.az-a istinadən xəbər verir ki, öncə bayraq və dirək yığışdırıldı, sonra isə Bayraq meydanını sökməyə başladılar.

 

Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, 2504 saylı sərəncamına əsasən, Bakı şəhərində Dövlət bayrağı meydanı yaradılıb. 2007-ci il 30 dekabr tarixində Prezidentin iştirakı ilə meydanın təməli qoyulub. 2010-cu il sentyabrın 1-də təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olub.

 

Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradırdı.

 

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar olan meydanda xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

 

Qeyd edək ki, bir müddət öncəyədək Dövlət bayrağı meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır. Bayrağın çəkisi yaş halda artır. Bayraq dirəyi pyedestal üzərində yerləşirdi. Pyedestal Prezident İlham Əliyevin şəxsi ideyasına uyğun olaraq, səkkizgüşəli ulduz formasında tikilib.

 

Ümumilikdə bayrağı dəyişmə prosesi - 16-17 dəqiqə çəkirdi. Budəfəki müəmmalı "bayraq dəyişmə” prosesi isə hələ ki, 8 aydır davam edir...

 

Bir neçə gün öncə Dövlət bayrağı Meydanında söküntü işlərinə başlanılıb. Əraziyə texnika cəlb olunub və meydanın bir hissəsi qazılıb.

 

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən açıqlama almaq istəsə də, hər hansı cavab almaq mümkün olmayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300