Ölümlə bağlı amerikalı alimdən şok - Açıqlama

 

Beyinin korteks adı verilən, şüur və 5 hissiyat duyğusu ilə əldə edilən informasiyaları təhlil etmək funksiyasını yerinə yetirən bölgəsi ürək dayanandan 2-20 saniyə ərzində heç bir hərəkət etmir. Lakin beyin ölmür.

Uluyol.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri amerikalı professor Sam Parnia deyib. Alim bildirib ki, bu zaman beyin hüceyrələrində ölümlə nəticələnəcək bir sıra dəyişiklik başlayır. Amma beyinin tam ölməsi ürək dayanandan bir neçə saat sonra baş verir.

"Ölümdən sonra həyat varmı" sualı Kanadada yaşanan bir hadisədən sonra gündəmə gəlib. Həkimlər insanların beyinlərinin klinik ölümdən sonra işləməsi ilə bağlı araşdırmalar aparıb.

Kanadada təfərrüatı açıqlanmayan hadisədə xəstənin ölümündən sonra beyinində 10 dəqiqə ərzində aktivlik müşahidə edilib. Bununla da insanlar beyinin kliniki ölümdən sonra işləməsi ilə bağlı sübutlar axtarıb. S.Parniaya görə, insan öləndən sonra da beyin işləyir, insanlar öldüklərinin fərqində olurlar.

Alimlər ürəyi dayanandan sonra yenidən dirilən 330 xəstədən 140-nın üzərində araşdırma aparıb. Nəticəyə görə onlardan 39-nun beyni ürəyi dayanandan bir müddət sonra da işləyib.

Ürəyin yenidən işləməsi üçün müdaxilə edilərkən həmin şəxslər bir müddət ətraflarında olanları görür, duyur və tibb işçilərinin özü haqqında "öldü” dediyini belə eşidir.

 

 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300