Şəkidə çobanı ildırım vurub

 

Şəkidə yaylaqda çobanı ildırım vurub.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günün ikinci yarısında Şəki rayonu, Şin kənd sakini 1990-cı il təvəllüdlü Rahim Nəriman oğlu Məmmədov Şin kəndinin inzibati ərazisinin yaxınlığında dağda yaylaq ərazidə qoyun otaran zaman onu ildırım vurub. İldırım vurması nəticəsində travmatik xəsarət alan Rahim Məmmədov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.


MRX-dan APA-ya bildirilib ki, Rahim Məmmədov axşam saat 21 radələrində xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Rahim Məmmədov bədənin sol tərəfinin aşağı və yuxarı ətraflarında ümumi zəiflik hiss edilir. Hazırda onun müayinə və müalicəsi aparılır.


Rahim Məmmədovun yaxınlarının APA-ya verdiyi məlumata görə, ildırım vurması nəticəsində qoyun sürüsünü mühafizə edən iki çoban iti və bir baş qoyun ölüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300