Bizim eyblərimizi örtmək – Allahın nemətlərindən biridir

 

Qurani-Kərinmdə Uca Allahın adları çəkilmişdir ki, onlardan biri də Şəkur adıdır. "Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir»”. ("Fatir” 34).

 

Alimlər bu sözü çox qədir bilən kimi tərcümə ediblər. Yəni, Allah Şəkur olduğu üçün bəndələrinin etdiyi ən kiçik xeyir əməlin belə qədrini bilir və qiymətləndirir.

 

İmam Hüseyn (ə) Ərəfatda dua edən zaman buyurmuşdu:"Allahım! Mən nə zaman Sənə itaət etsəm, Sən mənə təşəkkür edir və qədrimi bilirsən”.

 

Yuxarıdakı ayədə də göründüyü kimi, Allah çox rəhimli və bağışlayandır. Ancaq Allah o kəslərə qarşı rəhimlidir ki, tövbə etmək və günahından əl çəkmək niyyətinə malikdirlər.

 

Qurani-Kərimdə bu haqda buyurulur:"Həqiqətən Mən(şirk və küfrdən)tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan(və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən)kəsi çox bağışlayanam”. ("Taha” 82).

 

Ona görə də bəndə gərək ilk olaraq tövbə etsin və sonra xeyir əməllər yerinə yetirərək, həmin əməlin əvəzini verməyə çalışsın. Tövbə qəsdi olmadan edilən xeyir əməllər qəbul olmaz.

 

Lakin bütün bunlara baxmayaraq, Allah bəndələrinin günahının üstünü açmır və onların abırını aradan aparmır. Onları Qiyamət gününə qədər gizli saxlayır.

 

Həzrət Peyğəmbər (ə) İbni Abbasa Allahın zahiri və batini nemətləri ilə bağlı buyurur:"Zahiri nemət – sənin mötədil olmağındadır. Batini nemət – sənin eyb və çirkinliklərini gizlətməkdir ki, əgər Allah onları aşkar etsəydi, insanın öz ailəsi ondan qaçar və ona nifrət edərdi, o ki, qaldı başqalarına”. (Tebyan)

 

Ona görə də Allahın bu nemətinin qədrini bilmək lazımdır. Əgər istəyirsənsə ki, Allah sənin eyblərini gizli saxlasın – əziz Peyğəmbərin (s) verdiyi tövsiyəyə görə, gərək sən də din qardaşlarının eyblərini gizli saxlayasan.//Deyerler.org

 

Uluyol.az 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300