"Roma" di Françesko ilə yeni müqavilə imzaladı
"Roma" baş məşqçisi Eusebio di Françesko yeni müqavilə imzalayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssislə müqavilənin müddəti 2020-ci ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, 2017-ci ildən di Françesko İtaliya təmsilçisində çıxış edir.