Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var
Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunda baş verib.
Qəza zamanı 1 nəfər ölüb, daha 2 nəfər - Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Niyaməddin Sohlu oğlu Vahidov və onun həmyerlisi, 1975-ci il təvəllüdlü Rahid Əhmədalı oğlu İmanverdiyev xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.