Netanyahu Əmmana elan olunmamış səfər edib
İsrailin baş naziri Benyamin Netanyahu İordaniyanın paytaxtı Əmmana elan olunmamış səfər edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Benyamin Netanyahu İordaniyanın kralı II Abdullah ilə görüşüb.
Məlumata əsasən, tərəflər regiondakı vəziyyət və ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.