Sakinlərdən etiraz: Min illik Azərbaycan türbəsi dağılır

 

Güney Azərbaycanın Marağa şəhərində bir qrup yerli əhali Göy Günbəd türbəsinin viran qalmış ərazisinə toplaşaraq, Azərbaycanın tarixi binalarının tədricən sıradan çıxarılmasına etiraz ediblər.

Kult.az xəbər verir ki, İran Mədəni İrs Təşkilatının məsulları, o cümlədən tarixi binaların qorunub saxlanılması və bərpa edilməsi bölümünün rəis müavini Mehrdad Cavadi Göy Günbəd və Dairəvi Türbənin yerləşdiyi yerə baxış keçirib. Soydaşlarımız burada Azərbaycanın tarixi binalarının məhv edilməsi siyasətinə öz etirazlarını bildiriblər.

Etirazçılar məsullara "Nə üçün Azərbaycanın tarixi binaları bərpa olunmur? Bu məkanlarda təmir-bərpa işləri aparılsa, turistlər də gəlib onları görər və Azərbaycanın qədim tarixi ilə tanış olarlar. Etiraz edirik, səsimizi eşidən yoxdur” deyib. İran Mədəni İrs Təşkilatının rəsmisi Mehrdad Cavadi etirazçılara bildirib ki, Göy Günbədinin bərpa edilməsi bu şəhərdə birinci prioritet məsələdir.

Qeyd edək ki, Marağa şəhərində Dairəvi Türbənin yaxınlığında yerləşən Göy Günbəd Türbəsi Səlcuq İmperatorluğu dövründə - 1194-cü ildə tikilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300