Kababın 3 öldürücü təsiri -Kimlərə kabab yemək olmaz?

 

Yay aylarında insanlar dağda-bağda, istirahətdə daha çox kabab yeməyə üstünlük verir. Çox dadlı olan bu ət yeməyinin bir zərərləri də az deyilmiş. Xüsusən bəzi insanlara kababdan uzaq durmaq məsləhətdir. Manqalda bişmiş, qızarmış kababın elə zərərləri var ki, ölümcül belə ola bilər.

Bu zərərləri təqdim edirik.

 

1.Mədə altı vəziyə zərbə - Xərçəngə kimi aparır

 

Mütəxəssislər və həkimlər çoxdan sübut edib ki, qırmızı ətin qril və manqalda kömürdə qızardılıb, çox miqdarda və tez-tez yeyilməsi mədə-bağırsaq, xüsusən zərif orqan olan mədəaltı vəzin onkoloji xəstəliyə tutulma riskini artırır.

 

Məsələ ətdə deyil, problem manqalda ətin qızarmış xırçıltılı qatla örtülməsi zamanı yaranan kansoregen maddədir. Kömür yanarkən ayrılan istilik və qazlardan ətin üzərini örtən o iştahlı qızartıda kansoregen maddə olur. Halbuki əti qaynadarkən, məsələn sous və ya bozbaş edərkən bu zərərli maddə yaranmır.

 

62 000 pasiyentin qidalanmasını araşdıran alimlər onların arasında 208 nəfər – mədəaltı vəzin xərçəngindən əziyyət çəkənlərin qidasında daha çox yaxşı qızardılmış və üzəri hətta qaralana kimi qızarmış ət yeməklərinin çox olduğunu təsbit edib.

 

Bəs elə etmək olarmı ki, kabab yeyəsən, amma mədəaltı vəzi də qoruyasan? Bunun üçün əti yaxşı basdırma etmək lazımdır. Ətin üzərində reyhan, rozmarin, qara istiot soğan və sarımsaqdan yaranan şirə həmin kanserogen maddənin yaranmasına imkan verməyəcək. Ona görə dədə-babalarımız kabab ətini bir neçə saat öncədən basdırma edərdilər.

 

2.Manqalın tüstüsünü udmaq

 

Közdə qızaran ətdən yayılan o ətirli tüstüdə kanserogen qazlar olur. Manqal yanında çox dayanmaqla tənəffüs və dəri vasitəsilə bu maddə orqanizmə düşür. Ona görə kabab bişirərkən uzun qol, bağlı geyinməli, bişirdikdən sonra o geyimi soyunmaq və yumağa vermək lazımdır.

 

3.Kabab yüksək təzyiq və miqren yaradır

 

Bu da elmi təcrübə ilə sübut olunub: arterial hipertenziya daha çox qızarmış ət yeyənlərdə olur. Belə ki, közdə, manqalda hazırlanan ət və toyuqda yaranan maddə hüceyrələr arası sərbəst radikalları artırır. Nəticədə damarların vəziyyəti getdikcə pisləşir, ateroskleroz yaranır, burda da yüksək təzyiq, infarkt və insult riski artır.

 

İdeal norma ayda cəmi 1-2 dəfə çox qızardılmış ət məhsulu yeməkdir. Gündəlik bu tərz yemək faciədir.

Miqreni olanlar isə istirahətdə ikən kababdan uzaq olsa yaxşıdır. Çünki kabab və qril yeməkləri, həmçinin onların yanında verilən ketçup və souslar miqren çağırır.//medicina.az 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300