"Qarabağ" klubunun Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşib - FOTO
İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ" komandası I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" (Lyublyana) komandasına rəqib olub. İlk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə 17-18 iyulda Bakıda keçiriləcək.